top
Şəkidə sahibsiz itlər üçün sığınacaq yaradılır
28 noyabr 2025, 15:50
- +

Şəkidə sahibsiz itlər üçün sığınacaq yaradılır

Şəkidə sahibsiz heyvanların çoxluğu illərdir həm təhlükəsizlik, həm də heyvanların rifahı baxımından ciddi müzakirə mövzusudur.

AZƏRTAC-ın məlumatına görə, yaz-yay ayları ilə müqayisədə qışda sahibsiz itlər daha çox görünür. Təkcə son bir həftədə şimal-qərb bölgəsində bir neçə hücum faktı qeydə alınıb, onların ikisi məhz Şəkidə baş verib. Sahibsiz itlər demək olar ki, şəhərin bütün küçələrində, parklarda və meydanlarda rast gəlinir.

Şəki Rayon Mərkəzi Xəstəxanası bildirir ki, 2025-ci ilin yanvar–oktyabr aylarında 1017 nəfər it dişləməsi səbəbilə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub. Xoşbəxtlikdən ağırlaşma və ölüm halı olmayıb.

Şəhər sakini, heyvansevər Dünyaxanım Həmidli bildirir ki, qış aylarında itlər yem tapmadığı üçün aqressivləşir:

“Sığınacaq olsa, yaxşı olar. Qışda itlər ac qalır, insan əlində ərzaq görəndə hücum edirlər. Mən öz pensiyamdan pul ayırıb yem almağa da hazıram. İnanıram ki, başqa sakinlər də qoşular”.

Şəhərin gediş-gəlişi sıx olan küçələrində it sürüləri görünür. Sakinlərin sözlərinə görə, oradan keçmək təhlükəlidir.

Bir müddət əvvəl it hücumuna məruz qalmış Anar Əfəndiyev deyir ki, qısırlaşdırılan bəzi itlər aqressivləşir:

“Buna baxmayaraq heç kim onlara zərər vermir. Sadəcə bu itlərin bir yerə toplanması lazımdır”.

Şəki Şəhər İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Rasim Həsənov problemin gündəmdə olduğunu bildirib:

“Sığınacaq üçün dövlət fonduna 1 hektar torpaq sahəsinin ayrılması üçün müraciət edilib. Hazırda sənədləşmə işləri gedir. Bələdiyyə sahibsiz itlərin toplanması, birkalanması və peyvənd olunması prosesini davam etdirir. Şəhərin təmizliyinə riayət olunması ilə bağlı maarifləndirmə aparılır”.

R.Həsənov onu da əlavə edib ki, sahibsiz itlərin aqressivləşməsinin əsas səbəbi küçələrə atılan qida və zibil torbalarıdır. Sakinlər təmizliyə diqqət etməlidir. Sığınacaq layihəsinin yaxın zamanda həyata keçəcəyinə ümid edirik.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər