Şəki şəhərində sahibkarlar üçün maarifləndirici tədbir baş tutub.
Shimal.News məlumat verir ki, görüşdə Şəki, Qax, Zaqatala və Balakəndə fəaliyyət göstərən biznes subyektləri iştirak edib.
İştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini “E-keyfiyyet.gov.az” informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb vəi üstünlüklər barədə ətraflı məlumat verilib.