top
Şəkidə arxeoloji abidəyə muzey statusu istəyirlər
18 noyabr 2025, 11:40
- +

Şəkidə arxeoloji abidəyə muzey statusu istəyirlər

Şəkinin Fazıl kəndində qazıntı zamanı aşkar edilmiş qədim yaşayış məskənlərini və orada tapılan eksponatları ehtiva edən abidənin muzey statusu alması üçün müraciət edilib.

Report.az-ın məlumatına görə, bu baradə sözügedən abidənin sahibi İntizar Bədəlova bildirilib.

Onun sözlərinə görə, sözügedən yaşayış məskəni 2006-cı ildə aşkar edilib.

"Elə o zaman eksponatlar üzərində kərpicdən qoruyucu tikinti aparmışıq. Ümumilikdə 5 yerdə qədim yaşayış yeri aşkarlamışıq ki, bunların 4-ü müxtəlif dövrlərə aiddir. Ancaq Təpəbaşı nekropolu və yaşayış yerində b.e.ə I minilliyin birinci yarısından başlayaraq orta əsrlərə qədər fasiləsiz yaşayış davam edib".

İ.Bədəlova bildirib ki, abidənin muzey statusu üçün Mədəniyyət Nazirliyi tərəfindən baş plan işlənib.

"Bir müddət öncə nazirliyin əməkdaşları gəlib muzeyin çatışmazlıqlarını, - üst örtüyü, havalandırma sistemi və digər məsələləri, - qeydə aldılar. Mən də gözləyirəm, nə zaman qərar veriləcək".

İ.Bədəlova abidənin üst örtüyünün çox ciddi bərpaya ehtiyacının olduğunu da deyib.

"Dövlət Turizm Agentliyi tərəfindən abidə üçün bir nəfər mühafizəçi ştatı ayrılıb. O ştat üçün təyin olunan maaş və öz əməkhaqqımla muzeyin qorunub saxlanmasını həyata keçirirəm. Həmin vəsait ərazinin təmizliyinə, bağban işinə, 70 metrlik sahənin ventilyasiyasına sərf olunur. Muzey yeraltında yerləşdiyi üçün hər gün havalandırılmalıdır. Yerüstü hissə də daim təmizlənməli, zibillərdən qorunmalıdır ki, haşaratlanma olmasın".

O həmçinin qeyd edib ki, muzeyin yerləşdiyi ərazi, - Təpəbaşı nekropolu və yaşayış yeri, - digər abidələr kimi inventar nömrəsi ilə qeydiyyata alınıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, Şəkinin Fazıl kəndinin cənub hissəsində yerləşən Təpəbaşı nekropolu Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Siyahısında 1733 inventar nömrəsi altında ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınıb.

Vurğulanıb ki, uzun illər ərzində abidə arxeoloq Nəsib Muxtarovun rəhbərliyi ilə tədqiq edilib və o, nekropola şərti olaraq "Əbədi sükut" labirinti adını verib. Müxtəlif dövrlərdə ianələr hesabına abidənin qorunması istiqamətində müəyyən işlər görülüb:

"Hazırda Mədəniyyət Nazirliyi tərəfindən abidənin mühafizəsi, təbliği və geniş ictimaiyyətə tanıdılması məqsədilə kompleks tədbirlərin icrası planlaşdırılır. Bu çərçivədə ərazidə abadlıq işlərinin aparılması, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün zəruri şəraitin yaradılması nəzərdə tutulur".

Əlavə olaraq qeyd olunub ki, mədəniyyət və elmi-tədqiqat təyinatlı müəssisə kimi muzeylərin yaradılması mövcud qanunvericiliyə uyğun qaydada həyata keçirilir.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər