Şəki rayonunun Bideyiz kəndində 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.
Apa.az-ın məlumatına görə, gecə saat 02 radələrində kənd sakini Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Əli Xasiyevin yanmış meyiti aşkar olunub.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.