Şəki sakini paytaxtın Nərimanov rayonunda faciəvi şəkildə dünyasını dəyişib.
Qafqazinfo.az-ın məlumatına görə, ötən gecə saat 23 radələrində 41 yaşlı Xəyalə Rzayeva yaşadığı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.