Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 25-də saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Shimal.News xəbər verir ki, qəbul zamanı Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.