top
Şəhid Mehrab Niftəliyevin qızı: “Bütün yarışlarımı atama həsr edirəm”
08 noyabr 2025, 16:00
- +

Şəhid Mehrab Niftəliyevin qızı: “Bütün yarışlarımı atama həsr edirəm”

Zəfər günü xalqımızın qəhrəmanlıqlarının və birlik ruhunun simvoludur. Bu gün biz şəhidlərimizi yad edir, onların əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.

Azedu.az-ın məlumatına görə, bu gün şəhid Mehrab Niftəliyevin anım günüdür. O, 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ailəli olan şəhidin üç övladı Vətənə yadigar qalıb.

Onu da qeyd edək ki, şəhidimizin qızı Ləman Niftəliyeva son günlərdə cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və 1-ci yerə layiq görülüb.

Ləman Niftəliyeva bu əlamətdar gündə bir sıra sualları cavablayıb.

- Ləman, atanın sənin həyatında və seçimlərində necə bir motivasiya rolu olub?

- Atam hərbçi olduğuna görə, onlar qaçışa gedəndə məni də özü ilə aparırdı. 5-6 yaşlarımdan atam məndə idmana böyük həvəs yaradıb. İndi isə hər dəfə yarışa çıxanda çalışıram ki, atamın adına layiq olum. Bu soyad mənim üçün bir mirasdır. Bütün yarışlarımı atama həsr edirəm və çox xoşbəxtəm ki, əksəriyyətində çempion olmuşam.

Atam mənim üçün həm güc, həm də dayaq mənbəyidir. Cismən yanımda olmasa da, ruhən həmişə mənimlədir. Onun mənə öyrətdiyi dəyərlər sayəsində bu gün qarşıma çıxan bütün çətinliklərə qalib gələ bilirəm.

- Atan sənin hansı peşəyə yiyələnməyini istəyirdi və bu sənin sahə seçiminə necə təsir etdi?

- Atam heç vaxt düşünməyib ki, idman qızlar üçün deyil və ya qızlar yalnız müəllimlik və tibb sahəsində çalışmalıdır. Əvvəl o, istəyirdi ki, tərcüməçi olum. Amma idmanla məşğul olmağıma da dəstək verirdi. Məşqlərə özü aparıb, özü gətirirdi. Ailəm son qərarı mənə buraxdı, çünki insan böyüdükcə sahəni özü seçməlidir.

Mən rəqs, rəsm, idman və digər fəaliyyətlərdə özümü sınamışam. İdmanın da bir çox növündə qüvvəmi yoxlamışam və sonda özümü cüdoda tapdım.

- Şəhid övladı olmaq həm şərəf, həm də məsuliyyətdir. Bu şərəfi daşımaq sənə hansı duyğuları verir və həyatına necə istiqamət qoyur?

- Qürur və məsuliyyət hissi… Atamın başladığı həyat yolunu onun adına layiq şəkildə davam etdirmək istəyirəm...

- Ləman, bu gün atan şəhadətə ucaldığı gündür və eyni zamanda Zəfərimizin 5 illiyidir. Bu gün sənin üçün nə ifadə edir?

- Bu gün mənim üçün həm ad, həm də iz günü kimidir. Əgər bu gün üçrəngli bayrağımız Qarabağda dalğalanırsa, bu Prezident İlham Əliyevin və şərəfli əsgərlərimizin sayəsindədir.

Eyni zamanda bu gün göz yaşının günü kimi yaddaşımda qalıb. 2020-ci il, 8 noyabr gecəsi atamı tabutda gətirdilər. Səhərə yaxın “Qarabağ Bizimdir” səslərini eşitdim. O səs hələ də qulaqlarımdadır… Həmin an bildim ki, Şuşa azad olunub.

5 il keçib, amma o hislər hələ də eynidir. Noyabr ayı gələndə axşam saat 11-12 radələrində 5 il əvvəl yaşadığım hissləri yenidən yaşayır, atamın tabutunun qoxusunu hələ də hiss edirəm…

Mən elə bir atanın övladıyam ki, onun adı və soyadı mənim üçün heç vaxt yük olmayıb. Bu ad və soyad mənim üçün şərəfdir. Hər zaman atamla fəxr etmişəm, qürur duymuşam. Özümlə də fəxr edirəm ki, atamın soy adına layiqəm.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər