Avqustun 16-da saat 08:00 radələrində Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-si kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Shimal.News xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.