Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un məlumatına görə, "Ford" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata əsasən, "Ford" markalı avtomobildə olan şəxslər fındıq yığımına gedən fəhlələr olublar.
Faktla bağlı araşdırma aparılır.