top
Şabranda qanunsuz sərnişindaşıma adi hala çevrilib - VİDEO
24 iyul 2025, 11:49
- +

Şabranda qanunsuz sərnişindaşıma adi hala çevrilib - VİDEO

Şabran şəhərində qanunsuz sərnişindaşıma ilə bağlı problem aktuallığını qoruyur. Bir müddət əvvəl sürücü ilə sərnişin arasında mikroavtobusda baş verən mübahisə ilə bağlı yayılan məlumat bu məsələni bir daha gündəmə gətirib. Həmin hadisədən sonra ümid var idi ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə müdaxilə edəcək, nəzarəti gücləndirəcək. Ancaq görünən odur ki, qurum ya məsələni görməzdən gəlir, ya da tədbir görməkdə maraqlı deyil.

Shimal.News-a daxil olan məlumata görə, hazırda Şabran şəhərinin mərkəzində, elə avtovağzalın qarşısında, işıqforun altında, yolun hərəkət hissəsində qanunsuz sərnişindaşıma açıq şəkildə davam edir. Nə nəqliyyat müfəttişi var, nə də polis əməkdaşı. Yəni bu ərazi bir növ “sərbəst zona”ya çevrilib. Hər gün  qanunsuz mikroavtobuslar sərnişin daşıyır, heç bir təhlükəsizlik və qanuni tənzimləmə olmadan.

Bu vəziyyət həm də rəqabət mühitinə ciddi zərbə vurur. Qanuni daşıyıcılar zərərə düşür, sərnişinlər isə nə sığortalanır, nə də standartlara uyğun nəqliyyatdan istifadə edir. Ən pisi isə odur ki, problem şəhərin tam mərkəzində, hər kəsin – o cümlədən aidiyyəti qurumların gözünün qarşısında yaşanır.

Sual yaranır: AYNA və digər müvafiq qurumlar niyə susur? Yalnız hadisə baş verəndən sonra reaksiya verməkmi lazımdır? Yoxsa bu qanunsuz fəaliyyətə göz yumulması kimlərəsə sərf edir?


Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər