Şabranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb.
Shimal.News xəbər verir ki, polis əməkdaşları əməliyyat keçiriblər. Nəticədə həmin şəxsin yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.