Sabah Zaqatalanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Shimal.News-a verilən məlumata görə, Zaqatala şəhəri Sülh küçəsi 6 və 8 ünvanında abonentlərin məişət qaz sayğaclarının giriişinə qədər olan hissələrin əymə borularla əvəz edilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Sülh küçəsində 28 abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.