Azərbaycanda noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Shimal.News-a verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək.
Arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 16-21° isti, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.