İyunun 11-də İsmayıllı rayonunda qaz xətlərinin planlaşdırılan təmir işləri aparılacaq.
Shimal.News xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir işləri səhər saat 09:00-dan başlayaraq işlər tam başa çatanadək davam edəcək. Bu müddətdə İsmayıllı rayonunun 12 kəndində qaz verilişində məhdudiyyətlər yaranacaq.
Qaz verilişi dayandırılacaq kəndlər: Kürdmaşı, Hapıtlı, Qarakolluq, Aşıqbayramlı, Uştal, Uştal-qışlaq, Soltankənd, Qalagah, Mollaisaqlı, Hacıhətəmli, Gideyli, Kürdeldarbəyli.