Bu gün şəhid Aşurəli Zərbəliyevin anım günüdür.
Shimal.News xəbər verir ki, Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində dünyaya gəlib. 2005-2014-cü illərdə Qusar rayon Quxuroba kənd tam orta məktəbində təhsil alıb.
Aşurəli Zərbəliyev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun əsgəri olan Aşurəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.