Qusarlı cüdoçu Fərhad Rəcəbli dünya çempionatında uğur qazanıb.
Shimal.News-un məlumatına görə, Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı keçirilir.
Dördüncü yarış günündə usta cüdoçumuz fəxri kürsüyə qalxıb.
M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (-90 kq) mundialın gümüş mükafatına layiq görülüb.
Onu da qeyd edək ki, 1959-cu il oktyabrın 11-də Qusar rayonunun Əcəxur kəndində dünyaya göz açıb. O, 1971-ci ildən idmanla məşğul olmağa başlayıb.