Qusar şəhərinin Heydər Əliyev prospektində, eləcə də Zərifə Əliyeva və Fəxrəddin Musayev küçələrində piyadaların hərəkət təhlükəsizliyini, rahatlığını artırmaq məqsədilə abadlıq işləri həyata keçirilib.
Shimal.News xəbər verir ki, aparılan işlər çərçivəsində səkilərdə uzun müddətdir yararsız vəziyyətdə olan və istismar tələblərinə cavab verməyən bordürlər sökülərək yeniləri ilə əvəz olunub.
Bununla yanaşı, səkilərin səthi tam bərpa edilib, zədələnən hissələr düzəldilib və yekun olaraq əraziyə keyfiyyətli asfalt qatı çəkilib.
Abadlıq tədbirləri şəhərin ümumi infrastrukturunun yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması istiqamətində davam etdirilir.