Qusar şəhərində ikimərtəbəli ev alışıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsi və dam örtüyü yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub. Yanğın söndürülüb.