Qusar rayonunda Qəhvəyi mərmər bağacıqlarına (mərmər taxtabiti) qarşı tədbirlər icra olunur.
Shimal.News xəbər verir ki, zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə rayonun 40-dan yuxarı kəndində 500 ədəd feromon tələ quraşdırılıb.
Tələlərin yerləşdirildiyi kəndlərdə rayonun Bitki Mühafizəsi və Fumiqasiya xidmətinin əməkdaşları tərəfindən yerli əhali ilə maarifləndirici görüşlər keçirilib. Sakinlərə zərərvericinin yaratdığı təhlükələr, aşkar edildiyi halda görülməli tədbirlər barədə ətraflı məlumat verilib, buklet və maarifləndirici materiallar paylanılıb.
Bundan öncə Balakən, Zaqatala, Qax və qonşu rayonların mərmər taxtabitinin hücumuna məruz qaldıqları haqqında xəbər vermişdik.
Məlumat üçün bildirək ki, xüsusi təhlükəli olan bu zərərvericilər MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Rusiyanın Soçi şəhərində müşahidə olunub. Daha sonra Gürcüstana, Azərbaycana və Rusiyanın cənub ərazilərinə yayılıb.