top
Qusarda Aqrar Festival və Toxum Yarmarkası keçirilib
17 oktyabr 2025, 19:36
- +

Qusarda Aqrar Festival və Toxum Yarmarkası keçirilib

Kənd təsərrüfatında innovasiyaların təşviqi, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarına çıxış imkanlarının artırılması və keyfiyyətli toxum bazarının formalaşdırılması məqsədi daşıyan növbəti festival Qusar rayonunda baş tutub.


Keçirilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası bölgə fermerlərini, sahibkarları və aqrar sahənin iştirakçılarını bir araya gətirib.


Kənd Təsərrüfatı Nazirliyindən Shimal.News-a bildirilib ki, festival çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunu təmsil edən fermerlər, həmçinin toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər öz məhsullarını təqdim ediblər. Yarmarkada müxtəlif kənd təsərrüfatı bitkilərinə aid yüksək məhsuldarlığı və iqlimə uyğunluğu ilə seçilən yeni toxum sortları nümayiş olunub.


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum yarmarkasında qurulan xüsusi stenddə müxtəlif bölgələrin iqlim şəraitinə uyğun sertifikatlaşdırılmış toxum nümunələri nümayiş etdirilib. Mütəxəssislər fermerlərə “Xəzri”, “Yubiley90”, “Ləyaqətli 80”, “Mətin”, “Alekseiç”, “Tigre”, “Cesare”, “Maurizio”, “Gadio” yumşaq buğda və “Dəyanətli”, “Sadiq”, “Manava”, “Finola” arpa sortlarının istifadəsini tövsiyə ediblər.


Festival çərçivəsində bölgənin kənd təsərrüfatı ənənələrini özündə ehtiva edən məhsullar nümayiş olunub. Fermerlər tərəfindən yetişdirilən təzə və orqanik meyvə-tərəvəz məhsulları, süd və süd məhsulları ziyarətçilərə təqdim edilib. Tədbir həm yerli istehsalçılar üçün satış imkanları yaradıb, həm də regionun kənd həyatının zənginliyini əks etdirib.


Festival zamanı 10-a yaxın bank və bank olmayan kredit təşkilatının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər. Eyni zamanda, fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.


Festival çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də təşkil olunub. Burada fermerlərə subsidiya və güzəşt mexanizmləri, dövlət proqramları, aqrar sığorta, təlim və texniki dəstək imkanları haqqında ətraflı məlumat verilib. Mütəxəssislər praktiki tövsiyələr səsləndirərək mövcud imkanlardan daha səmərəli istifadə yollarını bölüşüblər.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər