Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Shimal.News-a verilən məlumata görə, müxtəlif ərazilərdə biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar.
Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.