Qusar Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri, müharibə veteranları və qazilər üçün tibbi müayinə aksiyası təşkil olunacaq.
Shimal.News-un məlumatına görə, 04-05 oktyabr tarixlərində baş tutacaq aksiya saat 11:00-dan 17:00-dək keçiriləcək.
Aksiya çərçivəsində iştirakçılara kardioloji, nevroloji və endokrinoloji konsultasiyalar təqdim olunacaq, həmçinin Rəngli Doppler Exokardioqrafiya, ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və laborator analizlər aparılacaq. Müayinələr tamamilə pulsuz şəkildə həyata keçiriləcək.
Aksiyadan yalnız Qusar deyil, eyni zamanda Quba rayonundan olan şəhid ailələri və müharibə iştirakçıları da faydalana bilərlər.