Qusar Peşə Liseyinə yeni təyin olunmuş direktor Xatirə Nağıbəyova kollektivə təqdim edilib.
Shimal.News xəbər verir ki, təqdimat mərasimində Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Kənan Həsənli iştirak ediblər.
Yeni direktor ona göstərilən etimada görə minnətdarlığını bildirib və qarşıdakı fəaliyyətində təhsil müəssisəsinin inkişafı naminə səylə çalışacağını vurğulayıb.
Onu da qeyd edək ki, Xatirə Nağıbəyova bu vəzifəyə təyin olunmazdan əvvəl Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində çalışıb.