top
Qusar İcra başçısı xeyli vəzifəli şəxsi yola saldı – Yeni təyinatlar
24 oktyabr 2025, 17:24
- +

Qusar İcra başçısı xeyli vəzifəli şəxsi yola saldı – Yeni təyinatlar

Qusar Rayon İcra Hakimiyyətində (RİH) son bir ildə bir neçə şəxs işdən çıxarılıb və yeni kadr təyinatları olub.

İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.

İcra başçısı köməkçisi Marina Sərdərovanı vəzifəsindən azad edərək, onu Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edib.

Digər əmrlə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sevil Qədirova işdən çıxarılıb, onun yerinə Asya Bayramova təyin olunub.

İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri İlham Xəlilov da vəzifəsindən azad olunub və onu bu vəzifədə sektorun aparıcı məsləhətçisi Samir Kəlbiyev əvəzləyib.

Başçının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabəyov vəzifəsindən azad edilib, onun yerinə Eldar Hacıbalayev təyinat alıb. Eyni zamanda həmin şöbədə yeni – ikinci Baş məsləhətçi vəzifəsi yaradılıb və vəzifə vakansiyaya çıxarılıb.

İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov da işdən çıxarılanlar arasındadır. Onun yerinə isə şöbənin məsləhətçisi Əliyulla Nəcərov təyin olunub. Məsləhətçi vəzifəsinə isə Azər Məcidov təyinat alıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev və şöbənin Baş məsləhətçi Rimma Şeydayeva da vəzifələrindən azad olunublar.

Kadr islahatları RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini də əhatə edib. Belə ki, İkram Tumarxanov şöbəyə yeni müdir müavini təyin olunub. Şöbənin baş məsləhətçiləri – Zeynal Əskərov, Elvira Hacıbalayeva və Vadim Fərzəliyev vəzifələrindən azad olunublar. Elşad Aslanxanov isə şöbəyə yeni baş məsləhətçi təyin olunub.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehri Fərzəliyeva və məsləhətçi Azər Məcidov işdən çıxarılıb. İlham Xəlilov isə yeni şöbə müdiri təyin olunub.

İcra başçısı həmçinin sürücülər – İkram Milhacovu və Elnur Sultanovu da işdən çıxarıb. Yeni sürücü vəzifəsinə isə Rahib Əhmədov təyin edilib.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər