Xaçmaz şəhəri və Köhnə Xaçmaz kəndi ərazisindən keçən Qudyalçayda ekoloji vəziyyət getdikcə pisləşir.
Shimal.News-un əldə etdiyi görüntülərdə çay yatağına tullantıların məqsədyönlü toplanması açıq-aşkar görünür.
“Gördüyünüz bu ərazi köhnə konserv zavodunun arxasıdır. Bura və çayın digər yerləri zibilliyə çevrilib. Təbiətin bu cür məhv olunmasına göz yumulur. Dövlət qurumlarına müraciətlərimiz bir nəticə vermir”, - deyə sakinlər şikayət edirlər.
Əvvəllər də Shimal.News Qudyalçayın çirklənməsi ilə bağlı məlumat yayıb. Fətəlixan küçəsi istiqamətində zibil qutularının olmaması səbəbindən məhəllə sakinləri tullantıları birbaşa çaya atırlar.
Nəticədə çay yatağında və sahillərində plastik və şüşə qablar, köhnə mebellər, istifadə olunmuş pamperslər, uşaq oyuncaqları, tikinti materialları və hətta televizor qalıqları toplanıb.
İnsanlar təbiətimizin incisinə sanki qənim kəsilib. Gah çayın Qubadan keçən hissəsi zibilliyə çevrilir, gah daş karxanaları çay yatağını xarabalığa çevirir, gah da çayın Xaçmazdan keçən hissəsində zibil poliqonu yaradılır.
View this post on Instagram