Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.
Shimal.News xəbər verir ki, görüşdə Qımıl kənd sakini işıqla bağlı problemin olduğunu diqqətə çatdırıb.
“15 ildən çoxdur kənddə işıq problemi var. Neçə illərdir bir dənə transformator lazımdır, lakin gətirib quraşdıran yoxdur. Problemimizə baxan yoxdur. İşıq dirəklərinə isə dirək demək olmaz sanki naqilləri ağaclara bağlayıblar”, - deyə kənd sakini bildirib.
İcra başçısı isə cavabında bildirib ki, işıq problemləri ilə bağlı “Azərişıq” nümayəndələri ilə danışılıb:
“Müəyyən yerlərdə işlər gedir. Qımıl kəndinə də monitorinq təşkil ediləcək”
Görüşdə iştirak edən “Azərişıq” nümayəndəsi ilə qeyd edib ki, Qımıl kəndi Qəçrəş xəttinin üzərindədir və tezliklə kənddə işıq problemi həllini tapacaq.