top
Qubanın Bağbanlı qəsəbəsi qaranlığa qərq olub
24 fevral 2025, 13:41
- +

Qubanın Bağbanlı qəsəbəsi qaranlığa qərq olub

Quba bu günlərdə qışın sərt üzünü görür. Hava şəraitinin kəskin dəyişməsi, güclü qar və şaxta hər kəsi çətin vəziyyətdə qoyub. Lakin qışı daha da çətinləşdirən əsas problem elektrik enerjisi ilə bağlıdır.

Shimal.News xəbər verir ki, Bağbanlı qəsəbəsinin sakinləri üçün isə bu problem daha da ağırdır.


Xüsusilə yeni yaşayış massivində vəziyyət dözülməz həddə çatıb. İnsanlar günlərlə işıqsız qalır, evlərdə istilik sistemi işləmir, məişət texnikası sıradan çıxır. Bir sözlə, qəsəbə sakinləri XXI əsrdə, informasiya texnologiyalarının zirvədə olduğu bir dövrdə, şam işığında oturmağa məcbur qalırlar.


"Azərişıq" isə bu problemləri həll etməkdə yetərincə çevik və məsuliyyətli davranmır. Hər il təkrar olunan eyni problemlər, həll olunmayan naqillər, köhnəlmiş transformatorlar və ardıcıl baş verən qəzalar artıq adi hal alıb. Sakinlər dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, dəyişən bir şey yoxdur.


Bəs problem nədədir? Yoxsa Quba kimi turistik və strateji əhəmiyyətli bir şəhərin işıq təsərrüfatına diqqət yetirmək üçün hansısa böyük fəlakət baş verməlidir? "Azərişıq" və digər müvafiq qurumlar bu acınacaqlı vəziyyətə dərhal müdaxilə etməlidir. Əks halda, bu qarlı gündə sakinlər təkcə soyuqdan deyil, biganə münasibətdən də donacaq.




Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər