Bu gün qubalı ixtiraçı Reyhan Camalovanın ad günündür.
Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A. Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub.
2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb.
O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.
Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib
Gənc ixtiraçı 2018-ci ildə "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.