Quba şəhəri, şəhid Tamerlan Əliyevin adını daşıyan küçədə sakinlər üçün narahatlıq doğuran təhlükəli vəziyyət yaranıb. Belə ki, elektrik transformatoru birbaşa yaşayış evinin qarşısında quraşdırılıb.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, transformatorun ətrafında nə qoruyucu baryer, nə çəpər, nə də xəbərdarlıq nişanı mövcuddur. Bu isə xüsusilə küçədə oynayan azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilir.
“Transformatorun yerləşdirilməsi üçün küçədə daha münasib və təhlükəsiz yer mövcuddur. Lakin dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, məsələ ilə bağlı hər hansı bir tədbir görülməyib.
Transformatorun bu vəziyyətdə saxlanılması istənilən an baş verə biləcək qısaqapanma və digər texniki nasazlıqların daha ciddi fəsadlar yaratması ehtimalını artırır”,- deyə sakinlər bildiriblər.