Xəbər verdiyimiz kimi, noyabrın 10-da Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi yaxınlığında toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza yüksək sürət və manevr qaydalarının pozulması səbəbindən qeydə alınıb.
Qafqazinfo.az-ın məlumatına görə, qəzada ölən 23 yaşlı Şahbala Mehdiyev mühafizə şirkətində çalışırmış.
Vətən müharibəsi iştirakçısı olan gənc hadisənin baş verdiyi gün axşam saatlarında yaşadığı Xaçmaz rayonunda dəfn edilib.