top
Qubada toy karvanında ağır qəza: Ölən var
10 noyabr 2025, 15:34
- +

Qubada toy karvanında ağır qəza: Ölən var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi yaxınlığında toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.

Shimal.News-un məlumatına görə, VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə ağır xəsarət alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qubada toy karvanında baş verən qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Qəza 10 noyabr 2025-ci il tarixində, saat 13:10 radələrində Quba–Xaçmaz avtomobil yolunda qeydə alınıb. Hadisə zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avtomobildə olan sərnişin – 2002-ci il təvəllüdlü Ceyhun Zülfüqar oğlu Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

TƏBİB bildirir ki, pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər