Qubada kəskin qoxu problemi yenidən sakinləri narahat edir.
Onlar bu barədə Shimal.News-a müraciət edərək bildiriblər ki, şəhərin bir hissəsini ifunətli duman bürüyüb. Son dəfə yay aylarında bu cür hal müşahidə edilmişdi.
Sakinlərin sözlərinə görə, gecə saatlarından etibarən nəfəs almaq çətinləşib. İddia olunur ki, qoxunun səbəbi zibil poliqonlarında yenidən yandırma işlərinin aparılmasıdır.
"Yayda da eyni hal yaşandı. Məsələ ictimailəşdirildikdən sonra bir müddət fasilə verilmişdi. Amma indi yenidən zibilxanaları yandırırlar. Hətta rayon rəhbərliyinin yerləşdiyi ərazidə belə bu qoxu hiss olunur", – deyə sakinlər bildiriblər.