Quba şəhəri Molla Pənah Vaqif küçəsi 7 ünvanında yerləşən binanın həyəti illərdir bərbad vəziyyətdədir.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, binanın həyəti su-kanalizasiya xətlərinin çəkilməsi zamanı qazıldıqdan sonra bərpa olunmayıb. Həmin vaxtdan bu günə qədər bir neçə dəfə aidiyyəti qurumlara müraciət edilsə də, həyət asfaltlanmayıb.
“2013-cü ildə su xətti çəkiləndə həyəti dağıtdılar, amma sonra heç bir bərpa işi aparılmadı. Heyətdə iri çalalar və kələ-kötür torpaq sahələri var. Hər dəfə müraciət edirik, amma nəticə yoxdur. Yağış yağanda həyət palçıqdan keçilməz vəziyyətə düşür. Öz imkanlarımızla yolu bir qədər düzəltməyə çalışmışıq, amma bu kifayət etmir”, - deyə sakinlər bildiriblər.