Quba rayonunun Çartəpə kəndində intihar hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, kənd sakini, 51 yaşlı Hikmət Seyidbala oğlu Nəcəfov bıçaqla boğaz nahiyəsini kəsərək həyatına son qoyub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə bir fakt da diqqət çəkir. Hadisədən iki gün öncə Shimal.News xəbər verib ki, mərhumun həyat yoldaşı, 43 yaşlı G.Nəcəfova kənd sakini, 34 yaşlı Kamran Rüstəmova balta ilə xəsarət yetirib. Qohumlar arasında yaranan münaqişənin torpaq mübahisəsi zəminində baş verdiyi deyilir.