Quba-Xaçmaz Regional Təhsil İdarəsinin (RTİ) bəzi rəhbər şəxslərinin qanunsuz fəaliyyət göstərdikləri iddia olunub.
Shimal.News xəbər verir ki, sosial şəbəkələrdə sözügedən idarənin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduqları vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdikləri deyilir.
Məlumat üçün əlavə edək ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı bildirilib.
Səsləndirilən iddialarla bağlı RTİ-yə sorğu ünvanlamışıq.