Şabran rayonunun Aygünlü kəndində yaşayan 44 günlük Vətən müharibəsi qazisi Rza Amil oğlu Məmmədovun evində oğurluq və yanğın hadisəsi baş verib.
Shimal.News-a daxil olan məlumata əsasən, hadisə 2025-ci il oktyabrın 5-də qeydə alınıb. Naməlum şəxslər qazinin evinə daxil olaraq qızıl zinət əşyalarını oğurlayıblar, daha sonra isə evi yandırıblar. Nəticədə evə ciddi zərər dəyib.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.