top
Qaxda 9 min hektardan çox sahədə payız səpini aparılıb
18 noyabr 2025, 14:00
- +

Qaxda 9 min hektardan çox sahədə payız səpini aparılıb

Qax rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Cari ildə rayonda gələn ilin məhsulu üçün 13,5 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 8,5 min hektarına buğda, 5 min hektarına isə arpa səpiləcək. Torpaq mülkiyyətçiləri indiyədək 4 min 820 hektarı buğda, 4 min 265 hektarı dən üçün arpa olmaqla, 9 min 85 hektar sahəyə toxum səpiblər. Bu günədək səpin proqnozuna 67 faiz əməl olunub.

Azərtac-ın məlumatına görə, bu baradə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov bildirib.

Qurumun rəsmisi deyib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 13,2 min hektar sahədə şum aparılıb. Səpin üçün 2635 ton buğda və arpa toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən lazımi qədər sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Səpin kampaniyasına 250 ədəd müxtəlif təyinatlı traktor və 60 ədəd toxumsəpən aqreqat cəlb olunub.

Xatırladaq ki, builki mövsümdə rayonda 13 min 727 hektar sahənin məhsulu biçilib, 48 min 409 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 35,3 sentner təşkil edib.

Qurumun baş məsləhətçisi bildirib ki, təsərrüfatlarda qarğıdalı yığımı isə başa çatmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 1527 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 13 min 794 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 90,3 sentner təşkil edir.

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər