Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, “VAZ 2106” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.
İlkin məlumata əsasən, avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.