top
Qəbələdə kəndlər SU ALTINDA qala bilər - FOTO
24 noyabr 2025, 14:30
- +

Qəbələdə kəndlər SU ALTINDA qala bilər - FOTO

Qəbələ rayon ərazisindən axan ən təhlükəli, sel-daşqınları ilə zaman-zaman istər yaşayış, istərsə təsərrüfatlara ciddi ziyan vuran çaylardan biri Qaraçaydır.

Bizim.Media-nın məlumatına görə, çayın sahili boyunca bir neçə yaşayış məntəqəsi yerləşir ki, onlardan biri Tikanlı kəndidir.

Ötən yaz-yay aylarında və payızın ilk günlərində yağan güclü leysan yağışlarından sonra sel təhlükəsi bir qədər də artıb.

Sakinlər çayda aparılan məcratənzimləmə işlərinin fayda vermədiyini, beton bəndlərin tikilməsinin zəruri olduğunu bildirir.

Kənd sakini Adıgözəl Allahverdiyev deyir ki, illər əvvəl çayın yatağı dərin, eni az idi. Lakin son illər gələn güclü sellər nəticəsində çayın yatağı bir neçə dəfə qalxıb. Bu isə yaşayış məntəqələri üçün təhlükə deməkdir.

Bir neçə il əvvəl çayın sahilində inşa edilən beton bəndin hazırda çayın səviyyəsindən aşağı düşdüyünü deyən sakinlər məsələnin hər sel gələndə daha da dərinləşdiyini bildirir. Kənd sakini Əflatun Yusifovun sözlərinə görə ötənilki sel daşqınlarında həmən bənd tamamilə görünməz olub. “Melorasiya idarəsinin texnikaları həmin ərazidə xeyli işləyəndən sonra bəndin qarşısı və ətrafı təmizlənərək əvvəlki vəziyyətinə gətirilib” deyən sakin çayın sahilinə əlavə bəndlərin tikilməsini xahiş edir.

Əks təqdirdə Tikanlı və Abrıx kəndləriylə yanaşı digər yaşayış məntəqələrini də sel təhlükəsi gözləyir.

Sakinlərin sözlərinə görə, Tikanlı kəndi ilə Abrıx yaşayış məntəqəsini birləşdirən körpünün yan istinad divarlarının olmaması da təhlükənin getdikcə artmasından xəbər verir. O da bildirildi ki, dəfələrlə görülən məcratənzimləmə işlərinə baxmayaraq sel çayla-körpü arasındakı məsafəni xeyli yaxınlaşdırıb.

Qəbələ Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Yüksəl Nurməmmədov bildirib ki, digər dağ çaylarında olduğu kimi Qaraçayın ərazisində də plana uyğun olaraq məcratənzimləmə işləri aparılır. Lakin güclü leysan və yağışlar qum-çınqıl və lil qatının da artmasına səbəb olur ki, bu da yaşayış məntəqələrinin selbasma təhlükəsini artırır. Bütün bunalara baxmayaraq Tikanlı sakinlərinə şad xəbərimiz də olacaq. Belə ki, Qaraçayın sel təhlükəsi ola biləcək ərazisində beton bəndlərin tikilməsi üçün müvafiq qaydada müraciət olunub.

Maliyyə vəsaiti ayrılan təqdirdə ərazidə 400 paqonmetr yeni bəndlərin tikilməsi planlaşdırılır.
Baş mühəndisin sözlərinə görə rayon ərazisindən axan Dəmiraparan, Həmzəlli və Bum çaylarında da il ərzində sel-sulara qarşı məcratənzimləmə işləri görülüb, torpaq bəndlərlə sahilləri bərkidilib.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər