Bu gün saat 10:00 radələrində Qəbələdə avtomobil piyadanı vurub.
Apa.az-ın məlumatına görə, şəhər ərazisində İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub.
Nəticədə, qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.