Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Shimal.News xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla K.Əliyev həmin ordenə Azərbaycanın prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilib.
1 may 2025-ci il tarixində Milli Məclis Kamran Əliyevin yenidən baş prokuror təyin olunmasına razılıq verib.