Oğuz rayonunun Qumlaq kəndində yaşayış evi yanaraq kül olub.
Shimal.News-un məlumatına görə, kənd sakini Asiman Ziyəddin oğlu İsrafilova məxsus birmərtəbəli, dörd otaqlı fərdi yaşayış evi anidən alovlanıb.
Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını cəlb edilib.
Yanğın zamanı binanın üst örtüyü tamamilə yanıb. Xəsarət alan olmayıb.