Oğuz sakininin cansız bədəni evində aşkar olunub.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə rayonun Padar kəndində baş verib.
64 yaşlı Şövkət Müzəffər oğlu İsayevin meyiti qonşuları tərəfindən tapılıb.
Ş. İsayevin tək yaşadığı və əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.