Xəbər verdiyimiz kimi, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidova Siyəzən rayonunda yerləşən Beş Barmaq dağından paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölüb.
Shimal.News bildirilir ki, baş verən hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb.
Bununla bağlı Baş Prokurorluq sorğuya belə cavab verib:
“Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.