Milli Hidrometeorologiya Xidməti noyabr ayına olan hava proqnozunu açıqlayıb.
Shimal.News xəbər verir ki, havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 15-20 dərəcə, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).