Quba rayonunun Alpan kənd sakini, 44 yaşlı V.G. qanunsuz silah saxlamaqda təqsirli bilinib.
Qaynarinfo.az-ın məlumatına görə, həmin şəxsin idarə etdiyi "Fiat" markalı avtomobilin arxa yük yerində bir ədəd “TOZ-8” model ov tüfəngi və döyüş sursatı hesab edilən 2 ədəd patronun qanunsuz olaraq saxlanılması aşkarlanıb.
Məhkəmənin qərarı ilə V.G. 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, təqsirləndirilən şəxs həbs olunana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində sürücü kimi çalışıb.