Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi çərçivəsində İsmayıllı şəhərində səyyar görüş keçirib.
Shimal.News xəbər verir ki, müzakirə İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edib.
Görüş zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb.
Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.