top
Mahir Emreli: “Heç kim deyə bilməz ki, onun borcu olub”
03 noyabr 2025, 12:16
- +

Mahir Emreli: “Heç kim deyə bilməz ki, onun borcu olub”

“O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük”.

Qafqazinfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.

O, noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb:

“Həmin gecə bu xəbəri eşitdim və sabaha qədər yata bilmədim. Mənim üçün çox dəhşətli bir xəbər idi. Harasa gedəndə dost-tanışlara onu qardaşım kimi təqdim edirdim, çünki biz həqiqətən də qardaş kimiydik. Mən “Konyaspor”da çıxış edəndə o da yanımda idi, bir evdə yaşayırdıq.

Bir müddət saçlarımı sarı rəngə boyamağımın səbəbi də Sabit idi. O, “Qalatasaray” futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçımı sarı rəngə boyayım, mən də etdim.

Sabit özü də futbolçu olub. “Simurq” klubunda çıxış edib, əvəzedici heyətdə bir çox oyuna çıxıb. Lakin sonradan “Zaqatala” klubu dağıldığı üçün futbolu buraxdı. İşi var idi, həyatı qaydasında idi. Niyə intihar etdiyini hələ də anlaya bilmirəm. Çünki çox zarafatcıl, şən insan idi. Mesaj yazanda belə elə pozitiv olurdu ki, düşünürdün ki, ondan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə dəyişdi, bilmirəm. Üstəlik, evli idi, 4-5 aylıq körpəsi var idi. Amma hamımızı bədbəxt edib getdi. Hələ də özümə gələ bilmirəm...”

M. Emreli həmçinin mərhum dayısı oğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib:

“Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm, niyə belə oldu. Hər kəs yazır ki, guya borcu var idi, amma bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu olub. Kirayə evə çıxalı cəmi 2-3 həftə idi. Amma hamı deyir ki, guya kirayədə yaşayırmış - bunların hamısı şayiədir. Bu, elə bir məsələdir ki, yalnız ailəsi bilər. Biz buna qarışa bilmərik”.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər