top
Lazada torpaq sürüşür, çay yataqları dəyişir
10 oktyabr 2025, 16:40
- +

Lazada torpaq sürüşür, çay yataqları dəyişir

Qusar rayonunun Laza kəndi ərazisində aparılan tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb.

Bu barədə Shimal.News-a Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, şöbə müdiri Mirnuh İsmayılov başda olmaqla Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin aparıcı elmi işçisi, dosent İrina Kuçinskaya, kiçik elmi işçi Emil Cəbrayılov Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft ekoloji tədqiqatlar aparıblar.

Məqsəd müasir iqlim dəyişmələrinin və qəfil sinoptik proseslərin təsiri ilə yaranan landşaft-ekoloji dinamiki tendensiyaları sel, daşqın və sürüşmələr kimi təhlükəli təbiət hadisələrinin və uzunmüddətli dövrdə bunun su ehtiyatlarına təsirini qiymətləndirmək olub.

Tədqiqatçılar xüsusilə Laza kəndi ərazisində son zamanlar baş verən sürüşmə-sel palçıq axınının tədqiqinə xüsusi diqqət yetiriblər. Burada 2025-ci il sentyabrın 22-də növbəti palçıq-sürüşmə-sel axını baş verib. Oxşar hadisələr bu ərazidə 1993, 2006 və 2019-cu illərdə də müşahidə olunub.

Tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb, dağıntıların miqyası və axının ətraf təbii komplekslərə təsiri qiymətləndirilib.

Bildirilib ki, toplanmış materiallar müasir landşaft-geomorfoloji proseslərin xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verəcək. Həmçinin Böyük Qafqazın şimal-şərq yamacında təbii risklərin azaldılması və dağ ekosistemlərinin mühafizəsi üzrə tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər