Ötən gün axşam saatlarından başlayaraq Qusarın Laza kəndində daha da təhlükəli vəziyyət yaranıb. Gecə saatlarında yenidən güclü palçıq axını müşahidə olunub.
Shimal.News-a danışan sakinlər bildiriblər ki, kəndin bir tərəfi ilə digər tərəfi arasında əlaqə tamamilə kəsilib. Bundan başqa 10 ev üçün təhlükə yaranıb, onlardan üçünün sakinləri isə artıq təxliyə olunub.
Hadisə yerinə Qusar Fövqəladə Hallar Komissiyası və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Komissiyanın sədri Şahid Fərəməzov bildirib ki, hazırda çayın daşmasının qarşısını almaq üçün ağır texnikalardan istifadə edilir, sahilbərkitmə və məcra tənzimləmə işləri aparılır.
View this post on Instagram